Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN Mətbuat Xidmətinin Quba regional qrupu yayıb.
Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Bizim.Media