AYNA taksilər üçün duracaq yerləri müəyyənləşdirəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin fəaliyyət istiqamətləri sırasına yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək əlavə edilib.

Həmçinin AYNA-ya bir sıra əlavə səlahiyyətlər verilib:

- Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək;

- taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;

- Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək;

- Bakı şəhərinin inzibati ərazisində nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqlarının yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) və mühafizə olunan duracaqlarını idarə etmək;

- piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;

- yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yerlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;

- avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görmək;

- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy vermək;

- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy vermək;

- avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;

- avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına təkliflər hazırlamaq.

Fərmana əsasən, Agentliyə öz vəzifələrini yerinə yetirmək üçün yeni hüquqlar verilib:
 

- reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;


- ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsi üçün şərait yaratmaq;

- sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

End of content

No more pages to load

RADİO