DİM-in sınaq imtahanlarının qiyməti niyə BAHADIR? – AÇIQLAMA

Artıq avqustun sonlarından abituriyentlər repetitor yanına getməyə, ali məktəbə qəbul imtahanlarına hazırlaşmağa başlayacaqlar. 

Onlar öz biliklərini yoxlamaq üçün tez-tez sınaq imtahanlarına gedirlər. Ancaq bu imtahanların qiyməti hər abituriyentə uyğun olmur. Belə ki, DİM-dən verilən məlumata görə, bu il qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilən sınaq imtahanının qiyməti 40 manat olub. 

DİM-in sınaq imtahanlarının qiyməti 40, kurslarınkı 15-20 manatdır...

Bundan əlavə, kursların keçirdiyi sınaqlar isə 15-20 manat arasında dəyişir.  Bu da bir çox abituriyentin narazılığına səbəb olur. 

Həmin abituriyentlərdən biri də 11-ci sinif şagirdi Hüseynova Nərgizdir (Şərti ad). III ixtisas qrupu üzrə hazırlaşan abituriyent Bizim.Media-ya açıqlamasında bildirir ki, o, səhvlərinin üzərində işləmək, biliklərini təkmilləşdirmək üçün sınaqlarda iştirak edir.

“Müəllimimin məsləhətiylə həm DİM-in, həm də kursların sınaqlarında iştirak etdim. DİM-in sınağı 40 manat, kursların sınağı isə 18 manat idi. Düzdür, DİM-in sualları, sınağa salınan mövzular lazımlı, həmçinin, imtahan suallarına yaxındır. Kursların sualları çox primitivdir. Amma istənilən halda qiymətlərdən narazıyam, çünki onsuz 11-ci sinif olduğumuz üçün hazırlıqlara, test vəsaitlərinə və s yerlərə pul sərf edirik. İstəyərdik ki, sınaqların qiyməti nisbətən sərfəli olsun”. 

Müsahibimiz deyir ki, kursların keçirdikləri sınaqlar ümumiləşdirilmiş olmur, yalnız müəyyən mövzuları əhatə edir, buna görə də o ayrı-ayrı mövzular üçün yenidən sınağa getməyə məcbur olur və  bu da əlavə xərcdir. 

Sözügedən məsələylə bağlı saytımıza açıqlama verən təhsil eksperti Vüsal Kərimli isə deyir ki, DİM sınaqlarının bu qədər baha olması anlaşılan deyil:

“Çünki maya dəyəri aşağıdır. Ona görə də bu bazar reallıqlarını əks  etdirmir.

Nəzərə alaq ki, abituriyentlərin hazırlıq prosesində başqa xərcləri də olur. DİM öz statusundan istifadə edərək qiymətləri baha təşkil edir. Amma bu hər kəsin öz cibinə uyğun etdiyi  bir seçim olduğu üçün heç bir tərəfi günahlandıra bilmərik. Bazarda rəqabət mühiti formalaşıb.  Kursların hər mövzuya ayrıca sınaq etməsi tələbə üçün daha çox xərcə səbəb olur. Əgər biz ümumi olaraq baxsaq, DİM-in qiyməti daha uyğun görünür, amma tələbə bəzən ümumi olaraq yox, yalnız müəyyən bir hissə üzrə biliklərini yoxlayır. Yenə də DİM-in  sınaq qiymətlərini baha hesab edirəm”. 

Qiymətlər necə tənzimlənməlidir? 

Ekspertin sözlərinə görə kurslar özəl təşkilatlardır və qiymətlərini özləri müəyyən edirlər:

“Bu da bir seçimdir, istəyən daha ucuzuna gedə bilər. DİM  də özünü maliyyələşdirən publik hüquqi şəxsdir və o da özü qərar verir. Ancaq qiymətləri bir az aşağı salmaq lazımdır. Bu da iqtisadi yanaşmanı tələb edir, buna görə də gərək həm kurslar,  həm də DİM abituryentləri, onların ailə gəlirlərini nəzərə alaraq qiymətləri aşağı salsınlar”. 

Nəzrin Mirzəyeva, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

End of content

No more pages to load

RADİO