Avqustun 15-i saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Xaltan, Şabran, Şahdağ, Yevlax, Göyçay, Zərdab, Tərtər, Kürdəmir, Yardımlı, Lerk, Lənkəranda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Sarı xəbardarlığa uyğun olaraq şimal-qərb küləyi Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Bizim.Media