“Quska” müalicə müəssisəsinə köçürüldü

Altıillik həbsdən sonra yenidən cinayət məsuliyyətinə cəlb edilən keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Abdullayev bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. “Quska”nı məhkəmədə 4 tanınmış vəkil - Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova və Günay İsmayılova müdafiə edirlər.

İclasda vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. 

Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, H.Abdullayevin saxlanıldığı istintaq təcridxanasında vəziyyəti pisləşib. Bu səbəbdən vəkillər müttəhimin mülki xəstəxanaya köçürülməsini, əks halda isə onun Bakı İstintaq Təcridxanasında müalicəsinə icazə verilməsini istəyiblər.

“Sağlamlıq haqda qanunun tələbləri var. Bu şəxsin müalicəyə ehtiyacı var. O gün təcridxanada yanına getmişdim, görüşə əlil arabasında gətirdilər. Mən özüm şəxsən bir neçə dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərinin qəbulunda olmuşam. Xahiş edirəm, şəxs müalicə edilsin, sonra da mühakimə davam etdirilsin”, - vəkil C. Yusifov vəsatətə əlavə edib. 

“Quska” özü də səhhətindəki problemlərdən gileylənib: “Son 25 gündür mənim vəziyyətim çox pisdir. Mən zəhərlənmişəm, yaxşı deyiləm. Bir həb atdım, ondan sonra belə oldum. İttihamda-zadda nə yazırıb, bilmirəm”.

Təqsirləndirilən şəxsin anası Zeynəb Abdullayeva da prosesdə iştirak edib. O, qısa çıxış edib, oğlunun xəstəliyi haqda danışıb. Sədrlik edən hakim Azər Tağıyev onu əmin edib ki, bütün vəsatətlər tək-tək araşdırılacaq. 

Bundan sonra təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması xahiş edilib. Vəkil Şəhla Hümbətova qanunvericiliyə istinad edərək, müvəkkilinin ev dustaqlığına buraxılmasına maneə olan hər hansı hal mövcud olmadığını bəyan edib. 

Vəkil Ceyhun Yusifov isə müvəkkilinin hazırkı sağlamlıq vəziyyətinə diqqət çəkərək məhkəmə istintaqının videoformatda keçirilməsini xahiş edib.

Sonuncu vəsatətlər təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı olub. Bunlardan birincisi dərhal təmin edilib. 

Məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra vəsatətlərin əksəriyyətini təmin edib.

Qərara əsasən, Hüseyn Abdullayev müalicə müəssisəsinə köçürüləcək. Bundan başqa, məhkəmə istintaqı videokonfransla keçiriləcək. Hakim şərt qoyub ki, şəxsin müalicəsi barədə məhkəmə mütəmadi məlumatlandırılmalıdır. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin edilməsə də, cinayət işinə xitam verilməsi barədə vəsatət hələlik baxılmamış saxlanılıb.

Baxış iclası avqustun 22-nə təyin edilib.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

End of content

No more pages to load

RADİO