Sumqayıtda avtomobil qəzası baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media