Biləsuvar sakini kəsici alətlə işləyərkən barmaqlarını dograyıb, nəticədə onun 4 barmağı ambutasiya olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1964-cü il təvəllüdlü Əlisahib Əliyev iş zamanı ehtiyatsızlıqdan sağ əlinin barmaqlarını doğrayıb.
Xəsarət alan şəxs, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada aparılan əməliyyatlar zamanı Ə. Əliyevin sağ əlinin 4 barmağı travmatik ambutasiya olunub.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu