Ağstafada 56 yaşlı kişi çayda batıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kür çayının Saloğlu kənd ərazisindən keçən hissəsində Ağstafa rayonu Köçvəlili nümayəndəliyinin Soyuqbulaq qəsəbə sakini, 1968-cı il təvəllüdlü Şıxiyev Rasim Vahid oğlu çımmək istəyərkən batıb.
Şahidlərin sözlərinə görə, onlar dostları ilə çay kənarında dincəlirlərmiş.
Hazırda əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu