İctimai nəqliyyatın bitməyən DƏRDİ – Köhnə avtobuslar xətdən nə vaxt YIĞIŞDIRILACAQ?

İctimai nəqliyyat, xüsusilə, avtobuslar gündəlik həyatın əvəzolunmaz hissələridir. Bakıda 2014-cü ildən etibarən “Bakubus” adlı yeni tipli və sərnişinlər üçün nisbətən daha rahat avtobuslar istifadəyə verilsə də, hələ də şəhərin bəzi ərazilərində köhnə avtobuslar fəaliyyət göstərir. Həmin avtobusların nə vaxt yenilənəcəyi isə sərnişinlər üçün maraq mövzusudur.

Nəzərə almaq lazımdır ki, iki avtobus arasında gedişhaqıda qiymət fərqi də mövcuddur. Belə ki, “Bakubus” avtobuslarında ən yuxarı gedişhaqqı 60 qəpik təşkil etsə də, köhnə avtobuslarda şəhərətrafı istiqamətə hərəkətdə gedişhaqqı 70, bəzi ərazilərə görə isə 80 qəpikdir. Belə desək, qiymət daha yüksək olsa da, xidmətin  keyfiyyəti çox aşağıdır. Üstəlik bəzi köhnə avtobusların salonlarında natəmizlik də hökm sürür. Hələ xəttdə qapı və şüşələri qırıq, bir sözlə istismara yararsız avtobusların sayı da az deyil.

Bəs Bakının avtobus parkı tam nə vaxt yenilənəcək? İstismara yararsız avtobusların xəttdən çıxarılması ilə bağlı hansı addımlar atılır? 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda hələ də köhnə avtobuslar xəttə çıxır - VİDEO


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir.

“Əhalinin ictimai nəqliyyatda əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb.

Son 1 ildə Bakıya 200 avtobus gətirilib

Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində uzunluğu 75 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır” - deyə məlumatda qeyd edilib. 

Məlumatda o da qeyd olunub ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır.

“Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin, bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

End of content

No more pages to load

RADİO