"Lazım gələrsə, Ukrayna Kursk vilayətində hərbi komendantlıqlar yaradacaq".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Rusiya regionunda vəziyyətlə bağlı keçirilən müşavirə deyib.
"Əsas məsələlər müzakirə olunub. Təhlükəsizlik, humanitar yardım, lazım gələrsə, hərbi komendantlıqların yaradılması. Ukrayna sərhəd icmalarında özünü və əhalisinin həyatını qoruyur, Rusiya ərazisində aktiv əməliyyatlar aparır. Ordumuz beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl edir”, - prezident bildirib.
Bizim.Media