“Uşaqların uzun müddət cizgi filminə baxması ZƏRƏRLİDİR” – XƏBƏRDARLIQ

Çizgi filmlərini xoşlamayan uşaq yoxdur. Amma unuduruq ki, erkən yaşda cizgi filminin sehrinə düşən uşaqlar gələcəkdə çox ciddi xəstəliklərlə üz-üzə qalırlar. Məsələn, Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə uşaqlar 18 aylıq olarkən onlarda televizora maraq yaranmağa başlayır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir.

2 yaş yarımlığından başlayaraq uşaqlarda cizgi filmlərinə maraq oyanır.

Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır.
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ: Azyaşlılarda telefon və televizor asılılığının QORXUNC ZƏRƏRLƏRİ


Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər. 3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izləyərkən «məna» axtardığını ortaya çıxarıblar.

6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.

Alimlər müəyyən ediblər ki, cizgi filmləri uşaqlara 5 formada mənfi təsir edə bilər. Bunlar zorakılığa yönləndirmə, diqqətsizlik, həqiqətdən uzaqlaşma və  ehtiyatlı davranışın azalması və risk artımıdır. Xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Ona görə də, onlar ciddi təhlükəsizlik problemləri yaşaya bilərlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

Aqressiv cizgi filmləri izləyən uşaqlar 3 qat daha aqressiv olur

Amerikada bir qrup psixoloq tərəfindən aparılan başqa bir araşdırma, müasir cizgi filmlərinin uşaqlara həyatı öyrətmək əvəzinə, onları şiddət və zorakılığa meyilləndirdiyini ortaya çıxarıb.

Çizgi filmlərinin daha hansı fəsadları var?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova bildirib ki, körpələr 6 aylığında əlavə qidalar qəbul etməyə başlayırlar:

“Bəzi körpələr də dadına görə əlavə qidadan imtina edirlər. Vəziyyətdən çıxış yolu kimi bir çox valideynlər körpələri telefona və yaxud televizora alışdırırlar. Fikri telefonda, televizorda olan körpəni yedizdirmək xeyli asan olur. Məsələn, biz psixolqlar hər zaman deyirik ki, bir uşağın nitqi geri qalıbsa, bunun 3 səbəbi ola bilər. Bunun birincisi ana laqeyidliyi, dayə biganəliyidir. İkincisi, televizor və telefondan asılılığı, üçüncüsü isə hədsiz şirin qidadır. Əgər bir uşaq həddən artıq televizora baxırsa, onda digər uşaqlarla müqayisədə zəka geriliyini görəcəyik”.

“2 yaşına qədər uşaqları telefon və televizordan uzaq tutmaq lazımdır”

Müsahibimiz qeyd edib ki, reklam rolikləri və cizgi filmləri ona görə körpələrə xoş gəlir ki, orada rənglər çox tez-tez dəyişir:

“Rəngli kadrların tez-tez dəyişməsi də uşaqların marağına səbəb olur. Ona görə də körpələr görüntülərə diqqət kəsilirlər. Unutmayaq ki, televizor bir tərəfli ünsiyyətdir. Yəni televizor hər zaman deyir ki, “məni dinlə, məni izlə”. Birtərəfli ünsiyyətsə heç zaman uşaqları inkişaf etdirə bilməz. Birtərəfli ünsiyyət hər zaman körpələrdə nitq, ünsiyyət problemini ortaya çıxarır. Ona görə də körpələr dil açana və yaxud 2 yaşına qədər telefondan və televizordan uzaq tutulmalıdır. Bundan başqa yemək yeyərkən uşaqların fikri ekranda olduğu üçün onlara doyma siqnalı çatmır. Nəticədə, uşaqların gələcəkdə xəstə olma ehtimalı daha çox olur.

Uşaqların 5 yaşına qədər təxəyyülü və təfəkkürü çox yüksək olur. Cizgi filmlərinə çox baxan uşaqlarda emosional yaş aşağı olur. Böyüyəndə də uşaq kimi qalır. Sanki, nağıllar aləmindədir. Onlar ətrafında baş verənlərdə cizgi filminin personajlarını və görüntülərini axtarır. Bunları tapmayanda isə özünə qapanır. Bir sözlə, körpələri televizor və telefondan uzaq tutmağın faydası çoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

End of content

No more pages to load

RADİO