Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqrad vilayətinin Novosaratovka yaşayış məskənində qeydə alınıb.
Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media