Cavanşir Feyziyevin böyük qorxusu: London məhkəməsinin qərarı haqda yazılanlar niyə pozulur?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək sabiq deputatlardan biri də Cananşir Feyziyevdir.

Bizim.Media AFN.az-a istinadən xəbər verir ki, bu dəfə də 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyini verən C.Feyziyevin sosial mediadakı kampaniyasında maraqlı hallar yaşanır. 

Daha doğrusu, onun feyzbuk hesabında paylaşdığı təbliğat materiallarının altında seçiciləri maraqlı rəylər yazır, həssas məsələlərə toxunurlar.

Maraqlıdır ki, deputatın statusuna yüzlərlə rəy yazılır. Etiraf etməliyik ki, bu rəylərin əksəriyyəti ona dəstək ifadə edir. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, C.Feyziyev daha çox bir deputat kimi yox, məhz xeyriyyəçi kimi təriflənir. Rəy yazanlar onun kasıb, imkansız ailələrə maddi dəstək olduğunu, tələbələrin təhsil haqlarını ödədiyini, kasıblara ərzaq yardımları etdiyini və s. yazırlar.
 

Bir sözlə, bütün təqdirlər C.Feyziyevin məhz xeyriyyəçilik fəaliyyətinə görə səslənir. Onun deputatlıq fəaliyyəti dövründə vətəndaşların, seçicilərin rifahının yüksəldilməsi istiqamətində etdiyi hansısa təklifdən, ölkənin ictimai-siyasi həyatında gördüyü hansısa əhəmiyyətli bir işdən danışan yoxdur. Bu isə onu deməyə əsas verir ki, C.Feyziyev insanların səsini pulla alır.


Bəs bu qədər pul bir deputatda haradandır? Bu barədə geniş yazmağa ehtiyac yoxdur, hər kəs C.Feyziyevin çoxşaxəli biznesinin olduğunu bilir.Sosial şəbəkələrdə diqqətimizi çəkən başqa bir məqama toxunacağıq. Bu, C.Feyziyevin yaralı yeri olan London hadisələridir. Diqqətli oxucular xatırlayarlar, ötən il London məhkəməsi deputatın ailəsinə məxsus olduğu bildirilən 63 milyon dollarlıq əmlakına həbs qoydu.

Bura Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz davranışdan əldə edilən gəlirlər" hesabına satın almaqda şübhəli bilinən 22 mülk daxil idi.

Həmin yazı iləBURADAN tanış ola bilərsiniz. Maraqlıdır ki, Feyziyev, yaxud onun səhifəsini idarə edən şəxs bu məsələ haqda yazılan rəyləri pozurlar. Lakin diqqətli oxucularımız həmin rəyləri skrin edərək redaksiyamıza yollayıblar. Görünür, seçicilər də deputatın nəhayət əsl üzünün görünməsini, xalqın aldanmamasını istəyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

End of content

No more pages to load

RADİO