"22 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində iki daimi və bir müvəqqəti məntəqəsi var. Dairə sırf Xankəndi şəhərini əhatə edir".
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin dairə seçki komissiyasının sədri Ağalar Əliyev deyib.
Onun sözlərinə görə, seçicilər Xankəndi şəhərinin sakinləridir:
"Dairə üzrə 80 yaşdan yuxarı seçicilərin sayı 140 nəfər, ilk dəfə səs verənlərin sayı isə 68 nəfərdir".
Bizim.Media