Qiyabi təhsildən imtina nəyi DƏYİŞƏCƏK?

Bildiyimiz kimi, ali məktəblərə ixtisas seçimi davam edir. Abituriyentlər ballarına uyğun olaraq istədikləri ixtisasları sıralayırlar. 

Seçim zamanı əyani təhsillə yanaşı, qiyabi təhsili seçənlər də az deyil. Həmçinin, məlumat verdiyimiz kimi, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq - VİDEO


Qeyd edək ki, əyani təhsildə tələbə müntəzəm olaraq dərslərdə və imtahanlarda iştirak etsə də, qiyabi təhsildə hər tədris müddəti bir aydır və tələbə ildə 2 dəfə imtahan verir. Bundan əlavə, qiyabi təhsilin müddəti 5 il olur. 

Maraqlıdır ki, tələbələr niyə qiyabi təhsilə üz tuturlar?

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində qiyabi təhsil alan Hülya Abdullayeva Bizim.Media-ya açıqlamasında bildirir ki, qiyabi təhsili həm işləyib, həm də oxumaq üçün seçib və peşman deyil.

“Qiyabi təhsilin müsbət cəhəti budur ki, həm özümə, həm işimə, həm də təhsilimə rahat vaxt ayırıram. 

Dərslərin yüklənməsi isə qiyabi təhsilin mənfi cəhətidir. Yəni, əyanidə oxuyanların bir semestrda öyrəndiyi dərsi biz 2 həftədə öyrənməyə çalışırıq. Bu da  kollekviumlar, sərbəst işlər və s. üçün  çox az müddətdir”. 

Müsahibimiz tələbə namizədlərinə qiyabi  formada təhsil almağı məsləhət görüb. O, sonda bildirib ki, qiyabi oxusa da, universitetin imkanlarından kifayət qədər yararlanır. 

Məsələylə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov isə düşünür ki, qiyabi təhsilin forması çoxdan dəyişməli idi, çünki bu təhsil forması müasir tendensiyalara uyğun deyil:

“Buna görə də hesab edirəm ki, yaxın zamanda qiyabi fakültələrin çoxu bağlanacaq və tələbələrə hibrid formada təhsil təklif ediləcək. 

Qiyabi təhsilin müsbət cəhətləri müəyyən qədər ucuz olması, işləyən, ailə məsələləri olan və yaxud oxuduğu şəhərdə yaşamağı çətin olan insanlar üçün əlverişli olmasıdır. Mənfi cəhəti isə tədris müddətinin çox az olması, tələbənin ixtisasıyla bağlı praktiki və nəzəri bilikləri tam qavraya bilməməsidir. Çünki qısa müddətdə böyük məzmunu, mövzunu mənimsəmək çox çətin olur və bununla bağlı boşluqlar yaranır. Yəni, tələbə qiyabi təhsilin diplomunu alsa belə, onun tələb etdiyi biliklərə yiyələnə bilmir”. 

Dərslərə yalnız müəyyən vaxtlarda gəlmək tələbənin təhsilinə təsir edir?

“Əlbəttə, bu, tələbərə təsir edir. Çünki onlar universitet ortamında da az iştirak edirlər, ancaq  əyani təhsildə tələbələrin sosiallaşması, universitetin tədbirlərində iştirak etməsi daha mümkündür. Bu isə onların çoxtərəfli inkişafına səbəb olur”.   

Qiyabi təhsili seçmək istəyən abituriyentlərə məsləhətləriniz nələrdir?

“Məsləhət görürəm ki, mümkün qədər əyani təhsil almağa çalışsınlar. Düzdür, müxtəlif səbəblərə görə 17-18 yaşda yox, 25-26 yaşda işlədikləri, ailəli olduqları üçün qiyabi təhsil ala bilərlər, ancaq yenə də bilməlidirlər ki, qiyabi təhsil aldıqları zaman internetdən və ya müxtəlif resurslardan məlumatlar öyrənərək özlərini inkişaf etdirməlidirlər. Əks halda, aldıqları diplomun onlara faydası çox olmayacaq. Çünki təkcə universitetlərin verdiyi bilik 5 il sonrakı bazarın tələblərinə cavab verməyə bilər”. 

Nəzrin Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

End of content

No more pages to load

RADİO