Ağdamda bıçaqlanma hadisəsi olub.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat bir radələrində İmamqulubəyli kəndində qeydə alınıb.
Kənd sakini Ş.Hüseynov mübahisə zamanı C.Hüseynovun qarnına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanaraq, araşdırma aparılır.
Bizim.Media