Oğuz Rayon Polis Şöbəsinə rayon ərazidində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar E.Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media