Gəncədə 25 yaşlı kişini bıçaqlamaqda şübhəli bilənən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə avqustun 11-də, 2009-cu il təvəllüdlü A. Abbasov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı onun tanışı tərəfindən bıçaqlandığı məlum olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2009-cu il təcəllüdlü A. Namazov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu