Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenigün kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media