Goranboy rayonunda su anbarında kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Hüseynov Sadiq Raqib oğlu Goranboyda su anbarında batıb.
Meyit Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin versiyaya görə, 45 yaşlı kişi su anbarında çimərkən batıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu