Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu ərazisində bostan məhsullarının (qarpız-yemiş) satışı ilə məşğul olan məntəqənin yolun hərəkət hissəsini kəsdiyini əks etdirən görüntü yayılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Babək prospektinin Yeni Günəşli qəsəbəsi istiqamətindəki hissəsində yerləşən satış nöqtəsinin avtomobillərin və piyadaların hərəkətinə mane olması narazılıqla qarşılanıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, avqustun 11-də polis əməkdaşları əraziyə gedərək neqativ halı aradan qaldırıblar:
“Həmin şəxs barəsində isə qanunvericilyə uyğun tədbir görülüb”.
Bizim.Media