Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Nizami prospektində hərəkətdə olan "KİA" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1994-cü il təvəllüdlü İntiqam Tanrıverdiyev, 1992-ci il təvəllüdlü Elcan Babayev və 2004-cü il təvəllüdlü Arzu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu