Axşam saatlarından başlayaraq qərb bölgəsinin dağlıq rayonlarında hava şəraiti kəskin dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hazırda Daşkəsən rayonunda ildırım çaxması və güclü yağışla müşayət olunan hava davam edir.
Rayonun Xoşbulaq kəndində çaylarda suyun səviyyəsi anidən artmağa başlayıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu