Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.
Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.
Bizim.Media