Qaxda 59 yaşlı kişini maşın vurub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Nicat Verdiyev idarə etdiyi BMW markalı minik avtomobili ilə 1965-ci il təvəllüdlü Tengiz Okroconaşvilini vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Tengiz Okroconaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media