Göyçayda maşın qoyun sürüsünə çırpılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 190-cı kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində baş verib.
Qəbələ rayon sakini Cəlil Zeynəddinov idarə etdiyi minik maşını ilə Göyçay istiqamətində hərəkətdə olarkən otlaq sahəsindən qayıdan qoyun sürüsünü vurub.
Qəza nəticəsində 14 baş qoyun tələf olub, 20 başa yaxın isə əzilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu