Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ

İnsanların çoxu dərsləri, işləriylə bağlı dəfələrlə yuxusuz qalmağa məcbur olurlar. Çox vaxt buna çarə olaraq kofe içməyə üstünlük verirlər.  

Kofenin sağlamlığa təsirləriylə bağlı ziddiyyətli, müxtəlif fikirlər var. Araşdırmalar göstərir ki, bir fincan dəmlənmiş kofedə təxmini 95 mq kofein var, bu da həddindən çox içildikdə asılılıq yaradır. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya həddindən çox içilən kofenin ziyanlarıyla bağlı açıqlama verib.

"Kofeindən qaynaqlanan gümrahlıq hissi insanda asılılığın yaranmasına səbəb olur, keyfiyyətli kofenin insan orqanizminə faydası çoxdur. Onun tərkibindəki kofein insanın özünü qısa müddətdə enerjili hiss etməsinə, yuxusuzluğun aradan qalxmasına kömək edir".

Kofenin qəbul edilməsiylə bağlı önəmli məqamlar nələrdir?  

Ekspert üyüdülmüş, keyfiyyətli kofe almağı, istifadə edərkən şəkər, süd, dadlandırıcı kimi əlavələr qatmamağı tövsiyə edir. Çünki bu artıq çəkiyə, alınan kalori səbəbindən piylənməyə səbəb ola bilər.  

"Gün ərzində iki fincanı keçməmək şərtilə 400mq kofe qəbul etmək daha məsləhətlidir. Bundan əlavə, kofeni günün birinci yarısında və günorta saatlarında içmək daha məqsədəuyğundur".

Müsahibimiz bildirib ki, paketlənmiş kofelərin tərkibində kimyəvi maddələr var:

"3-ü birində, südlü, qarışıq və s. kimi paketlənmiş kofelər daha çox kimyəvi qatqı maddələrindən ibarət  olduğu üçün həm insan orqanizmində asılılıq yaradır, həm də bağırsaq mikroflorasının, həzm sisteminin, pozulmasına səbəb olur".


Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Polislə yanaşı vətəndaş...

Polislə yanaşı vətəndaş...

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Bakıda V Uşaq Kitab Festivalı keçirilir – Sərgidən rəngli görüntülər - FOTO

Bakıda V Uşaq Kitab Festivalı keçirilir – Sərgidən rəngli görüntülər - FOTO

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

“Bavariya” Noyerlə razılığa gəldi

“Bavariya” Noyerlə razılığa gəldi

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

End of content

No more pages to load

RADİO