Amerikalı aktyor Robert Con Dauni bir filmə görə 80 milyon dollar qazanacaq.
Bizim.Media “Variety”ə istinadən xəbər verir ki, 59 yaşlı aktyor “Avengers: Doomsday” filminə görə 80 milyon dollardan çox maaş alacaq və sonrakı bilet satışlarından da gəlir əldə edəcək.
Bununla da Oskar mükafatçısı ən çox qazanan aktyor olaraq tarixə düşəcək.
Əlavə edək ki, Robert D. müqaviləsindəki üstünlüklərə şəxsi təyyarədə uçuşlar, xüsusi təhlükəsizlik xidməti və qalacağı məkan da daxildir.
Bizim.Media