Bu gün saat 18 radələrində Gəncəçayının Gəncə şəhər ərazisindən keçən hissəsində hələki kimliyi müəyyən edilməyən 20-30 yaş arası olan qadın meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının və FHN xilasetmə qrupunun əməkdaşları cəlb olunub.
Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda tapılan meyitin kimliyi və ölüm səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu