"3" qiymətinə görə müəllimini döyən şəxs həbs edildi

Doqquzuncu sinifdə ona 3 yazdığı üçün müəlliminə xəsarət yetirən şəxs həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2003-cü il təvəllüdlü Nicat Ağayev (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilib. 

Məhkəmədə bildirilib ki, Nicat 2017-ci ildə kənd məktəbindən çıxıb və 10-11-ci sinifləri Xızının rayon mərkəzindəki məktəbində oxuyub. 

O, 9-cu sinfi bitirərkən Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə 3 qiyməti alıb və buna görə müəllimi Gülnar Ramazanovaya (ad və soyad şərtidir) acıqlı qalıb. 

Belə ki, 5 iyun 2023-cü ildə, saat 11:30 radələrində kənd məktəbinə gedən Nicat oradakı şagirdlərdən biri vasitəsilə Gülnar müəllimi həyətə çağırtdırıb. Keçmiş şagirdinin niyyətindən xəbərsiz olan müəllim Nicata yaxınlaşdıqda münaqişə baş verib. Nicat müəllimə müxtəlif dərəcəli xəsarətlər yetirib. 

O, keçmiş müəlliminin sağ yanaq, burun, sol əl və sol dirsək oynağı nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona sağ yanaq, burun nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırı, sol əlin iki barmağının səthi yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə xuliqanlıq edib. Həmçinin şagirdləri həyəcanlandırmaqla orta məktəbin iş fəaliyyətini 10 dəqiqə müddətində pozub. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən müəllim Nicatın pis oxuyan və çətin tərbiyə edilən şagird olduğunu deyib: 

“Bizim məktəb 9 illik olub. Nicat məktəbi bitirdikdən sonra əsgərliyə gedib, daha sonra gəlib. Həmin gün dərsdə olarkən şagirdlərdən biri gəlib mənə “Nicat sizi aşağıda gözləyir, nə isə sözü var”, - dedi. Tənəffüs vaxtı aşağı düşdükdə təqsirləndirilən şəxsin idman zalının qarşısında dayandığını gördüm. Nicatdan “nə məsələdi, nəsə istəyirdin?”, - soruşdum. Qolumdan tutub idman zalında idman müəllimi üçün nəzərdə tutulmuş balaca otağa itələyərək içəri saldı. Nə baş verdiyini başa düşməyərək qışqırmağa başladım”. 

Müəllim əlavə edib ki, Nicatın bütün attestat qiymətləri 3-dür və ona yüksək qiymət yazmaq mümkün deyil: 

“Nicata Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi isim, sifət nədir, çox çətinliklə öyrətmişəm. Nicatın attestat qiymətlərinə baxanda, bütün qiymətlərinin 3 olduğu görünür. Belə bir insanın necə yüksək qiymət istəyə bilməsini başa düşmürəm. Onun ailədən psixoloji travmaları var idi, lakin hər zaman çox mehribanlıqla münasibət göstərmişəm, şiddət göstərməmişəm. Mən 5 il həmin kəndə palçıqlı yollarla gedib-gələrək şagirdlərə təhsil vermişəm. Yaşadığım psixoloji halları, axıtdığım göz yaşlarını halal etmirəm və Nicata ən ağır cəza verilməsini xahiş edirəm. Bir daha qız-qadınlara qarşı belə hərəkət etməməli olduğunu anlasın”. 

G.Ramazanova iddia edib ki, hadisə vaxtı keçmiş şagirdinin üzərində bıçaq olub və ona bıçaqla da xəsarət yetirib. Müəllim keçmiş şagirdinin niyyətinin onu döymək deyil, seksual hərəkət etmək olduğunu bildirib.

G.Ramazanova deyib ki, qışqıraraq aktiv müqavimət göstərdiyi üçün keçmiş şagirdinin planı baş tutmayıb və pəncərədən qaçıb. 

Xızı Rayon Məhkəməsinin 29 iyul tarixli hökmü ilə Nicat Ağayevə 1 il həbs cəzası verilib və o, məhkəmə zalında həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirildi – FOTO

ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirildi – FOTO

Qurban bayramı yaxınlaşır - Heyvan bazarında qiymətlər necədir?

Qurban bayramı yaxınlaşır - Heyvan bazarında qiymətlər necədir?

İbrahim İbrahimova yeni vəzifə verildi - FOTO

İbrahim İbrahimova yeni vəzifə verildi - FOTO

End of content

No more pages to load

RADİO