Məktəblilərimiz Beynəlxalq Olimpiadalarda uğur qazandılar – FOTO

Məktəblilərimiz 4-cü Avropa Qızlar İnformatika Olimpiadasında və Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.  

Bildirilib ki, 21–27 iyul tarixlərində Niderland Krallığının Veldhoven şəhərində (EGOI 2024) təşkil edilən  4-cü Avropa Qızlar İnformatika Olimpiadasında məkətblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. 

Belə ki, 56 ölkədən 194 məktəbli qızın iştirak etdiyi olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Ayan Kərimova həvəsləndirici mükafata layiq görülüblər. 

Digəri isə 21–29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş (IPhO 2024) Olimpiadada məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. 

Bildirilib ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş və 1 bürünc medal, 2 həvəsləndirici mükafat əldə ediblər.  

Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medala, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.  

Qeyd edək ki, İsfahan Texnologiya Universitetində təşkil olunmuş olimpiadada 46 ölkədən 230 məktəbli bilik və bacarığını sınayıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

End of content

No more pages to load

RADİO