Bakıda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 142E nömrəli şəhərətrafı (ekspres), 340, 421, 445, 446, 220, 332, 336, 442, 443, 444 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Bizim.Media-ya AYNA-ya istinadən xəbər verir.
 

Sənədlər avqustun 27-i saat 17:00-dək Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.


Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən 142E nömrəli şəhərətrafı (ekspres) (Pirallahı qəs.- Koroğlu metro stansiyası); 340 nömrəli şəhərətrafı (Binə qəs. - Mərdəkan qəs., (Şüvəlan yolu)); 421 nömrəli şəhərətrafı (Türkan qəs. - Mərdəkan qəs. (mərkəz)); 445 nömrəli şəhərətrafı (Pirallahı qəs. - "Qala" NMM) istiqamətlərində 4 Lot üzrə sentyabrın 13-də; 446 nömrəli şəhərətrafı (Zirə qəs. - Mərdəkan qəs. (mərkəz)); 220 nömrəli şəhərətrafı (Hövsan qəs. (Hövsan şosesi, Qaz stansiyası) - Hövsan qəs. FHN Akademiyası); 332 nömrəli şəhərətrafı (Binə qəs. ("Bolluq" y/m) - Milli Aviasiya Akademiyası) istiqamətində 3 Lot üzrə sentyabrın 17-də; 336 nömrəli şəhərətrafı (Binə qəs. (Dəmiryolu stansiyası) - H.Cavid küç. (kanal)); 442 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Buzovna qəs. (Zuğulba şosesi, park)); 443 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Mərdəkan qəs. (Şüvəlan yolu, Mərdəkan çimərliyi)); 444 nömrəli şəhərətrafı (Qala qəs. (Qala qoruğu) - Şağan qəs.) avtobus marşrutları istiqamətlərində 4 Lot üzrə sentyabrın 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

End of content

No more pages to load

RADİO