Qarabağ Universitetinin yeni prorektorları kimlərdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmrlərinə əsasən Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.

Bizim.Media prorektorların dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Universitetinə yeni prorektorlar təyin OLUNDU


Nərgiz İsmayılova

N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur.

Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir.

O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.

Fariz Əhmədov 

F.Əhmədov isə biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Fariz Əhmədov 2010–2014-cü illərdə UNEC-in Türk dünyası iqtisad fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdirinin müavini vəzifələrində çalışıb.

2014–2017-ci illərdə UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri, 2017-ci ildən isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru olub. Fariz Əhmədov həmçinin Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP), Elm və Təhsil Nazirliyi, “Erasmus+”, “SOCAR Midstream Operations”, KOBİA tərəfindən dəstəklənən bir sıra layihələrdə çalışıb.

Bir çox kitab və tədris-metodiki vəsaitlərin həmmüəllifi olan Fariz Əhmədov həm də “Web of Science”, “Scopus” indeksli jurnallarda 10-dan çox elmi məqalənin müəllifidir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olub.


Fariz Əhmədov bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

End of content

No more pages to load

RADİO