Cəlilabad rayonunun Uzuntəpə kəndində 3 yaşlı uşaq 5 metr hündürlükdən yıxılaraq ölüb.
Bizim.Media xəbər verir ki, Vahabov Cahid Cavad oğlu nəzarətdən yayınaraq qonşuluqdakı həyətə keçib, hündür pilləkanla qonşu evin ikinci mərtəbədə yerləşən açıq balkonuna çıxan uşaq burada müvazinətini itirərək yerə düşüb.
Uşağın yıxılmasını digər qonşu həyətdə olanlar görüb və dərhal hadisə yerinə gəliblər. Xəsarət alan uşaq təcili surətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını artıq ölüm baş verdiyi üçün xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həyatını itirən uşaq evin tək övladı olub.
Sabutay, Bizim.Media, Cənub bürosu