İnsan ömrünün həddi 110-115 ildən yüksəkdir, lakin... - ARAŞDIRMA

İnsanın uzunömürlülüyü mübahisəli mövzudur, lakin son araşdırmalarda alimlər belə qənaətə gəliblər ki, ölümün bioloji ehtimalı yalnız 105 ilə qədər artır. Sonra isə hər şey özümüzdən asılıdır. Bu barədə, yəni insanın uzunömürlülüyünün imkanlarına dair ABŞ və İtaliya alimləri "Science" jurnalında araşdırma dərc ediblər.

Bizim.Media Sputnik agentliyinə istinadən xəbər verir ki, qrupun nümayəndəsi, ABŞ-ın Berklidəki Kaliforniya Universitetindən Kennet Uoxter, yaşlı italyanları müşahidə etdiklərini və çox maraqlı bir nəticəyə gəldiklərini söyləyib. Heç demə, həyatın 105-ci ilində vaxtsız ölüm ehtimalının artması dayanır.

Sadə dillə desək, 60 yaşında ölüm ehtimalı 80 yaşında olduğundan aşağı olur, çünki bu müddət ərzində sağlamlıq vəziyyəti xeyli pisləşməyə doğru gedir. 105 və 115 yaşlarında isə ölüm ehtimalı eynidir, hər şey öz əlimizdədir.

Tədqiqatda 2009-2015-ci illərdə tələb olunan yaşa çatmış 105 və yuxarı yaşı olan 3836 İtaliya sakini iştirak edib. Onların əksəriyyəti, təbii ki, qadınlar olub. Yalnız 463 kişi tələb olunan həddi keçib. Məlum olub ki, "təhlükə əyriləri" 105 yaşa çatdıqdan sonra sabitləşir, bu da ölüm ehtimalının artmasını dayandırması deməkdir.

Ümumiyyətlə, təbiətdə qondarma Qomperts qanunu var - müəyyən bir yaşa çatdıqdan sonra növlərin əksər nümayəndələri qocalıqdan ölür, qalanları üçün isə ölüm ehtimalı hər növbəti il artır.

2016-cı ildə amerikalı tədqiqatçılar insanların maksimum 110-115 ilə qədər yaşaya biləcəyini bildirsələr də, alimlər insan həyatının bu heç də ürəkaçıcı olmayan qanuna tabe olmadığına ümid etməkdə davam edirlər.

Uoxter və onun həmkarları bu perspektivlə razılaşmırlar. Onlar uzunömürlülər haqqında toplanmış bütün məlumatları təhlil etdikdən sonra qənaətə gəliblər: 105 ildən sonra bu həddən yuxarı nə qədər sağ qalmağınızın əhəmiyyəti yoxdur - heç nə dəyişmir. Buradan belə nəticə çıxır ki, Qomperts qanunu insanlara şamil edilmir, əks halda ölüm ehtimalı 105 ildən sonra da artardı.

Qomperts qanunu insanlara şamil olunmadığına görə, bu, insan həyatının heç bir sərhəddinin olmadığını göstərir.

Məlumatlar olduqca etibarlı görünür, lakin elm dünyasında, əlbəttə ki, az adam onlarla razılaşıb. Məsələn, məşhur alim Brendon Milhollend əbədi həyatın mümkün olmadığını bəyan edib. O hesab edir ki, insan ömrünün həddi, sadəcə olaraq 110-115 ildən yüksəkdir, lakin bu, şübhəsiz ki, sonsuza qədər davam edə bilməz.

Müasir dünyanın ən yaşlı insanı 146 il yaşayıb və 2017-ci ildə vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

7 karateçimiz Avropa çempionu oldu

7 karateçimiz Avropa çempionu oldu

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Şuşaya dolu düşdü - VİDEO

Şuşaya dolu düşdü - VİDEO

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

İran bu ölkəni “ikinci İsrail” elan etdi

İran bu ölkəni “ikinci İsrail” elan etdi

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

End of content

No more pages to load

RADİO