Göygöl rayonunda anasına bıçaqla nüxtəlif dərəcəli bədən xəsarətləti yetirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə Göygöl şəhər parkında baş verib. 1989-cu il təvəllüldü S. Nəsibova bədənin kəsilmiş-deşilmiş yaraları ilə rayon xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu