Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı kitabı çap olundu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir. 

Əvvəlki kitabında olduğu kimi, bu kitabda da 44 günlük 2-ci Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan, qazilərimizin göstərdiyi rəşadətdən, canlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən 20 Yanvar və Qarabağ şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan şeirlər yer alıb. 

Zəngin mənəviyyatı uca tutan şair dünyanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna biganə deyil.

Onun dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb. 

Bu kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları daxil edilib. 

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedaqoji  Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur. 
“Xatirələr qocalmır” müəllifin oxucularla yeddinci görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018),  “Gedirəm...” (2020) “Məni bağışla...” (2022) kitabları işıq üzü görüb. 
İnanırıq ki, şairin digər kitabları kimi “Xatirələr qocalmır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Gümüşün qiyməti sürətlə bahalaşır...

Gümüşün qiyməti sürətlə bahalaşır...

Rütte şikayətləndi: Putin qaydalarla oynamır...

Rütte şikayətləndi: Putin qaydalarla oynamır...

ABŞ Konqresi "Qızıl Günbəz" raketdən müdafiə sisteminin dəyərini AÇIQLADI

ABŞ Konqresi "Qızıl Günbəz" raketdən müdafiə sisteminin dəyərini AÇIQLADI

7 karateçimiz Avropa çempionu oldu

7 karateçimiz Avropa çempionu oldu

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

End of content

No more pages to load

RADİO