Şuşa Forumunda Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi - ŞƏRH

Azərbaycan Vətən müharibəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq və təkbaşına icra edərək bütün dünyaya ədalətin bərpasını nümayiş etdirdi. Bu gün artıq suverenliyini tam bərpa etmiş Azərbaycan işğaldan azad olunmuş şəhərlərində, xüsusilə Qarabağın tacı, Türk, İslam dünyalarının mədəniyyət paytaxtı Şuşada mühüm, qlobal tədbirlər keçirir və həmin tədbirlər çərçivəsində milli mətbuatımız ötən əsrlərdən miras qalan missiyasını peşəkarlıqla davam etdirir. Belə tədbirlərdən biri də 2-ci Şuşa Qlobal Media Forumu oldu.

Prezident İlham Əliyev Forumda iştirak etməklə tədbirin mahiyyətini və dayanıqlı olduğunu, o cümlədən müasir mətbuatın bütün istiqamətlərinin sağlamlaşmasını, habelə beynəlxalq jurnalistlər platforması vasitəsilə regionun yaranmış yeni geosiyasi reallıqlarını, Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi. 

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib. 

Bu gün dünyamızın həqiqətən də çox çətin zaman, transformasiya dövrünü yaşadığını deyən M.Əfəndiyev qeyd edib:

“Davam edən müharibələr, böyüməkdə olan münaqişə ocaqları, dünya dövlətlərinin bir-biri ilə anlaşa bilməməsi kimi məsələlər kritik həddə çatıb. Bu da öz növbəsində beynəlxalq mediada bir sıra sualların formalaşmasına gətirib çıxarır. Təbii ki, gündəmdə duran ən əsas məsələ cəmiyyətə düzgün informasiyanın çatdırılmasıdır. Təəssüf ki, bu gün biz real həyatımızda dezinformasiya və qarayaxma kampaniyası kimi mənfi halların tez-tez şahidi oluruq. Lakin belə halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafının təmin olunması üçün çox vacibdir”. 

Vurğulanıb ki, Prezident İlham Əliyev üç saatdan çox davam edən görüşdə ən həssas məsələlərə toxunaraq, jurnalistlərin bütün suallarına dörd dildə mükəmməl, səlis və səmimi cavab verdi, Azərbaycan mətbuatının qarşısında duran şərəfli missiyanın yerinə yetirildiyini bir daha Qlobal Media Forumu vasitəsilə bütün dünyaya çatdırdı. Bu gün cəmiyyəti, regionu, bütövlükdə dünyanı maraqlandıran və haqlı olaraq müzakirə edilən məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından ibarətdir. Dövlətimizin başçısı bununla bağlı suallara kifayət qədər dolğun və konkret cavab verərək regionda sülhün dayanıqlılığını təmin etmək üçün Azərbaycanın Vətən müharibəsindən sonra yürütdüyü siyasəti tam olaraq aydın şəkildə şərh etdi. Azərbaycan Prezidenti bildirdi ki, sülh sazişi mətninin 80-90 faizi razılaşdırılıb. Lakin yekun sənədin imzalanması üçün uzun illərdir fəaliyyətsizliyi ilə torpaqlarımızın işğal altında saxlanılmasına şərait yaradan ATƏT-in Minsk qrupunun ləğvi və özündə Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid əks etdirən Ermənistan konstitusiyasında dəyişiklik əsas şərtlərdəndir. 

“İkinci Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrini təmsil edən iştirakçıların öz gözləri ilə gördükləri həqiqətləri və aldıqları cavabları düzgün olaraq dünya mətbuatına çatdırmaq üçün şərait yaradacaq. Prezident İlham Əliyevin söylədiyi kimi, “Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq”. Burada digər məqam isə hökumətlərin verilmiş mesajlardan gec olmamış ciddi nəticə çıxarmaları, eyni zamanda, məsələlərin mövcud reallığa uyğun, dünyada beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətlə həll edilməsini sürətləndirməkdən ibarətdir”, - deyə M.Əfəndiyev diqqətə çatdırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

End of content

No more pages to load

RADİO