Mərkəzi Seçki Komissiyası (MSK) daha üç partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiirlən iclasında müzakirə olunub.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, ümumilikdə 22 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Günay Şahmar, Bizim.Media