Gəncədə 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakini olan 1997-ci il təvəllüdlü Röyal Musayev yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. R. Musayevə bel fəqərəsinin və qabırğanın sınığı xəsarəti diaqnozu qoyulub.
Ona ilkin tibbi yardım göstərilib. Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin versiyaya görə, pəncərədən yıxılan zaman Musayev sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu