Şəki sakini yanıq xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayon Baş Kəldək kənd sakini 57 yaşlı Mais Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yanıq xəsarətləri alan Mais Nəbiyevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi həmin şöbədə davam etdirilir. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirir.
Yaxınları onun maşın avadanlığını benzinlə təmizləyərkən belə bir halla qarşılaşdığını bildirir.
Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu