Abşeron rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Fərid Rəhim oğlu Əliyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media