COP29-un prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumat paylaşılıb.
“ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə səmərəli görüş keçirilib. Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) baxışı müzakirə olunub”, - deyə paylaşımda qeyd edilib.



Bizim.Media