Lənkəranda itkin düşən 29 yaşlı kişi hazırda axtarılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1995-ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00-da işə gedib.
Gündüz saat 11 radələrində iş yerindən övladının xəstə olmasına görə icazə alaraq xəstə olmaları və evə yollanıb. Bu barədə itkin şəxsin yaxınları məlumat verib.
İş yerindən çıxdıqdan sonra Toğruldan hər hansı xəbər almaq mümkün olmayıb. Hazırda onun tapılması üçün axtarışlar davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.