Cəlilabadda qazıntı işləri qaz kəmərinin zədələnməsinə səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonu Günəşli qaz paylayıcı stansiyasına aid Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qazla təmin edən diametri 200-mmlik yer altı qaz kəmərini Siti Net internet xətləri çəkən podratçı tərəfindən qazıntı apararkən qaz kəməri zədələnib.
Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.