“Azərbaycan Dəmir Yolları”na maliyyə sanksiyası tətbiq olundu – RƏSMİ  

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barəsində işə baxılmanı yekunlaşdırıb. 

Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, qurum rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparıb.

Nəticədə, "Azərbaycan Dəmir Yolları" barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 

İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan səhmdar cəmiyyətinin müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina etdiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaratdığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlər tətbiq etdiyi aşkarlanıb.

Qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib. 

“Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları”na 24 iyun 2024-cü il tarixində 246 241 manat maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib. 
Hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yusif Həsənbəy vəfat etdi

Yusif Həsənbəy vəfat etdi

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

İranda güclü ZƏLZƏLƏ

İranda güclü ZƏLZƏLƏ

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

End of content

No more pages to load

RADİO