Xocalı qatili Raşid Beqlaryana HÖKM OXUNDU – YENİLƏNİB - FOTO/VİDEO

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi yekunlaşıb, hakim 15 il cəza verib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, onun cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırır.

Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izzah edilib. 

R.Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb. Beqlaran müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib. 

Məhkəmənin əvvəlki iclaslarında da ətraflı danışıb. İstintaq zamanı məxfi məlumatlar əsasında Belaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu onun iddiasıdır. 

Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb. Prosesin davamında prokuror ittiham nitqi ilə çıxış edib. 

Dövlət ittihamçısı Fuad Kazımov Raşid Beqlaryanın müharibə ilə bağlı olan və digər cinayətlərin törədilməsində təqsirli bilinərək, 17 il azadlıqdan məhrum edilməsini tələb edib. 

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər: 

“Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bikərəm 17 illə. Ona ən ağır cəza verilməlidir.”- zərərçəkmişlərdən biri əlavə edib. 

Təqsirlındirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin edilməsini xahiş edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır. 

Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqdirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 
Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib. 

*** 11:06

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi davam etdirilir. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə bu gün növbəti məhkəmə iclası başlayıb. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. 

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. 

Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb. 

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib. 
 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yusif Həsənbəy vəfat etdi

Yusif Həsənbəy vəfat etdi

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

İranda güclü ZƏLZƏLƏ

İranda güclü ZƏLZƏLƏ

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

End of content

No more pages to load

RADİO