Goranboyda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media