Azərbaycanda OLAY: İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi

İnstaqramda özünü falçı qadın kimi təqdim edən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü R.Əliyev həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, R.Əliyev Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. 

Məlum olub ki, R.Əliyev sosial şəbəkədə “falci baxici Emma” adlı səhifə açıb. 22 yaşlı oğlan ona müraciət edən şəxslərdən biri - Quba rayon sakini olan B.Cavadova (şərti) ilə bir qədər yazışdıqdan sonra onu şantaj edərək pul almaq qərarına gəlib. 

Cinayət işi üzrə Quba Rayon Məhkəməsində keçirilən prosesdə B.Cavadova hadisə barədə ətraflı məlumat verib: 

“Quba şəhərində yerləşən marketlərdən birində satıcı işləyirdim. İşdən çıxdıqdan sonra iş yoldaşım A.Ramazanovu mütəmadi olaraq yuxuda görürdüm. Bundan narahat olaraq falçıya müraciət etdim. 10 yanvar 2024-cü il tarixində instaqramda “falci_baxici_emma” adlı səhifəsi ilə yazışaraq əlaqə saxladım, əvvəllər bir yerdə işlədiyim oğlanı tez-tez yuxuda gördüyümdən narahat olduğunu bildirdim. 

Yazışdığım şəxs fala baxmaq üçün özümün və oğlanın şəkillərini istədi. Öz şəklimi və oğlanın fotosunu sosial şəbəkədən skrin edib yolladım. Şəkilləri göndərdikdən sonra yazışdığım şəxs mənə bəxtimin bağlı olduğunu bildirərək təmizlənməsi üçün 200 manat pul istədi”. 

Bundan sonra R.Əliyev həmin qadını şantaj edərək pul tələb etməyə başlayıb. O, səhifənin haker tərəfindən ələ keçirildiyini yalandan deyib.

Özünü daha sonra haker kimi təqdim edən gənc Qubada yaşayan həmin oğlana yazacağını, baş verənləri ona deyəcəyini, rüsvay edəcəyini bildirərək B.Cavadovadan pul tələb etməyə başlayıb. O, qızdan ümumilikdə 430 manat pulu hədə-qorxu ilə alıb. 

B.Cavadova təhdidlərdən və pul tələb edilməsindən bezərək Quba Rayon Polis Şöbəsinə müraciət edib. Bundan sonra R.Əliyev barəsində araşdırma aparılıb və onun yeri Bakı şəhər Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb. 
Quba Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə R.Əliyevə 3 il 3 ay həbs cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

End of content

No more pages to load

RADİO