Qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi İnstagram səhifəsində yazıb. O, Eldənizin fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.
Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edirik:

Bizim.Media